TƏHSİL

Reyhan dünya üzrə 100 qadından biri seçildi
19 NOYABR
159

Reyhan dünya üzrə 100 qadından biri seçildi

2018-11-19 15:12:00
"ASAN xidmət"-in ideya müvəkkili, gənc ixtiraçı Reyhan Camalova “BBC” tərəfindən seçilmiş dünya üzrə 100 qadından biri olub. 
Fins.az xəbər verir ki, bu barədə Reyhan Camalova özü sosial şəbəkədə  paylaşım edib. "Hal-hazırda BBC tərəfindən seçilmiş dünya üzrə 100 qadından biri olmaq sevincini yaşıyıram" -, deyə R.Camalova bildirib.


Qeyd edək ki, Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində öz ixtirası ilə diqqəti çəkib. ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Reyhanın nailiyyətini təqdir edib. 



2002-ci ildə Qubada anadan olan Reyhan yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən - yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

"Rainergy" adlandırılan layihə “Climatelaunchpad” yarışmasının Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startapı” adına layiq görülüb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256