STATİSTİKA

Bu rayonda orta məktəbi bitirən məzunlardan 20-si ali təhsil müəssisələrinə qəbul olub
30 AVQUST
331

Bu rayonda orta məktəbi bitirən məzunlardan 20-si ali təhsil müəssisələrinə qəbul olub

2019-08-30 16:29:00

Şirvan şəhərində ümumtəhsil məktəblərini bitirən şagirdlər arasında ən yüksək nəticəni 21 nömrəli tam orta məktəbin məzunları əldə edib.

Fins.az-ın məlumatına görə, məktəbin direktoru Səadət Quliyeva bildirib ki, 2018-2019-cu tədris ilində təhsil müəssisəsini 21 məzun bitirib. Onların hamısı ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib. Məzunlardan 20-si yüksək bal toplayaraq respublikamızın ali məktəblərinə qəbul olub. Məktəbi bitirən məzunlar arasında ən yüksək balı isə Natəvan Ümidova toplayıb. O, 665 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. Məzunların 6-sı 500-600 arası, 3-ü isə 600-dən yuxarı bal toplayıb.

Məktəbin direktoru onu da qeyd edib ki, Natəvan Ümidova tam orta məktəbi yüksək qiymətlərlə başa vurduğuna görə fərqlənmə attestatı alıb.

Xatırladaq ki, ötən il 21 nömrəli tam orta məktəbi bitirən şagirdlərdən 35-i ali məktəblərə sənəd verib, onlardan 27-si tələbə adını qazanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır