STATİSTİKA

Təhsil idarəsi 1496 müraciətdən 216-a cavab verilib
02 İYUL
187

Təhsil idarəsi 1496 müraciətdən 216-a cavab verilib

2019-07-02 11:08:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində iyun ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Fins.az xəbər verir ki, bu müddət ərzində daxil olan 4014 müraciətin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll edilib. Telefon Məlumat Mərkəzində 882 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 1496 vətəndaş müraciəti daxil olub. 216 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1064 sənəd (vətəndaşlar tərəfindən 299 ərizə, Təhsil Nazirliyindən 155, digər qurumlardan 118, məktəblərdən 287 məktub, 53 strukturdaxili yazışma və 152 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 356 elektron müraciətə baxılıb. Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib. Qeyd edək ki, iyun ayı ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 2 rayonu (Nizami və Nərimanov rayonları) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır