STATİSTİKA

6 ayda 458 uşaq övladlığa verilib, 223-ü qızdır
27 DEKABR 2018
151

6 ayda 458 uşaq övladlığa verilib, 223-ü qızdır

2018-12-27 12:18:00
Azərbaycanda 2018-ci ilin birinci yarısında 458 uşaq övladlığa götürülüb. Bunlardan 9 nəfəri əcnəbi vətəndaşlara övladlığa verilib. 
Dövlət Statistika Komitəsindən aq bildirilib ki, övladlığa verilən uşaqların 223 nəfəri qızdır.
Cari ilin birinci yarısında övladlığa verilən uşaqlardan 117 nəfəri 1 yaşa qədərdir, onlardan 1 nəfər oğlan uşağı əcnəbi vətəndaşlara övladlığa verilib. 1 yaşa qədər övladlığa verilən uşaqların 66 nəfəri isə qızdır. 
Bu il 1-5 yaşda olan 191 uşaq övladlığa verilib, bunlardan 83 nəfəri qızdır. Bu yaşda 2 oğlan uşağı əcnəbi vətəndaşlara övladlığa verilib. 6-10 yaş arasında 87 uşaq övladlığa götürülüb ki, 40 nəfəri qızdır. Bu yaşda 1 oğlan uşağı əcnəbi övladlığa verilib. 
11-17 yaş arasında isə 63 uşaq övladlığa verilib, 34 nəfəri qızdır. Bu yaşda olan uşaqlardan 5 nəfər əcnəbi vətəndaşa övladlığa verilib, onun isə 1-i qızdır. 
Cari ilin birinci yarısında övladlığa götürülməsi barədə qərarları ləğv edilən uşaqların sayı 36 nəfərdir. Bunlardan 11 nəfəri qızdır. Əsasən 11-17 yaşda 27 uşağın, 6-10 yaşda 8 uşağın, 1-5 yaşda 1 uşağın övladlığa verilməsi barədə qərar ləğv edilib. 
© Azvision
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256