STATİSTİKA

Azərbaycan ilə Arxangelsk vilayəti arasında əmtəə dövriyyəsi 40 faiz artıb
01 OKTYABR
202

Azərbaycan ilə Arxangelsk vilayəti arasında əmtəə dövriyyəsi 40 faiz artıb

2018-10-01 10:42:00

Arxangelsk vilayəti ilə Azərbaycan arasında əmtəə dövriyyəsi ötən illə müqayisədə 40 faiz artıb.

Bu barədə Bakıda təşkil olunan IX Azərbaycan-Rusiya Regionlararası Forumunun plenar iclasında Rusiyanın Arxangelsk vilayətinin qubernatoru İqor Orlov bildirib.

Pomorye başçısı bəyan edib ki, münasibətlərin inkişafı üçün vilayətdə və respublikada çoxlu istiqamətlər var. İ.Orlov deyib: "Bizdə meşə, kağız, karton, balıq, yosun var. Çox istərdik ki, turizm inkişaf etsin, xüsusən də hər iki istiqamətdə. Rusiyanın şimalı da, Azərbaycanın heyrətamiz gözəllikləri də diqqətəlayiqdir". Qubernator xatırladıb ki, Arxangelsk vilayəti Azərbaycan-Rusiya Regionlararası Forumunda artıq üçüncü dəfədir iştirak edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256