STATİSTİKA

Yeddi ayda BTC ilə 19,4 milyon ton neft göndərilib
16 AVQUST
176

Yeddi ayda BTC ilə 19,4 milyon ton neft göndərilib

2018-08-16 11:04:00

Cari ilin yanvar-iyul aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 23 milyon 913,8 min ton neft nəql olunub. Nəqletmənin 81,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 19 milyon 479 min ton neft ötürülüb. Yeddi ayda BTC ilə 3 milyon 716,7 min ton tranzit nefti də nəql edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259