STATİSTİKA

Bu ölkədən gətirilən ətin qiyməti artıb
27 İYUN
570

Bu ölkədən gətirilən ətin qiyməti artıb

2018-06-27 16:44:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2018 –ci ilin I rübü ərzində Ukraynadan Azərbaycana idxal olunan məhsulların dəyəri 2017-cı ilin birinci rübü ilə müqaisədə 29%  artıb.

Bu məhsullardan ən çox dəyərə malik olan dördüncü məhsul İribuynuzlu heyvan əti, dondurulmuş, sümükdən ayrılmış,qabaq yarımşaqqalar, bütöv və ya ən çoxu beş parçaya bölünmüşlər adı ilə qeyd edilmiş məhsul növləridir ki, 2018 –ci ilin I rübü ərzində bu məhsuldan 694.7ton idxal edilib və 2,274.55min dollar xərclənib, bu məhsul 2017-cı ilin birinci rübü ərzində 503.29ton idxal edilib və 1,240.91min ABŞ dolları sərf edilmişdir.

Eləcədə bax: Məhsulun ixracı 2 dəfəyədək artıb

İllər

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

2018(I rüb)

ton

694.7

2,274.55

2017(I rüb)

ton

503.29

1,240.91

Bu iki ilin müqaisəsi göstərir ki həmin məhsulun dəyəri 83%, miqdarı isə 37% artıb.

2018 –ci ilin I rübü ərzində göstərilmiş növ məhsulun, 1 ton üçün  orta qiyməti 3.2 min ABŞ dolları təşkil edirdisə, 2017-cı ilin birinci rübü ərzində bu rəqəm 2.4 min ABŞ dolları idi. Beləliklə, həmin məhsulun 1 ton üçün orta qiyməti 33% artıb.

Eləcə də bax: Belarusiyadan gətirilən yağın kilosu 5 dollardır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255