STATİSTİKA

Xam neftin ixrac çəkisi azalsada, dəyəri artıb
07 APREL
346

Xam neftin ixrac çəkisi azalsada, dəyəri artıb

2018-04-07 13:00:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - dekabr ayları üzrə ölkəyə 62.596 ton  Xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları  idxal olunub. 2016-cı ildə bu məhsulun idxal çəkisi 167.554,91 ton idi.

2017-ci ilin dörd rübü üzrə həmin məhsul Azərbaycandan 27.227.902,15 ton ixrac edilib. 2016-cı ilin eyni dövründə bu məhsuldan 34.096.415,96 ton ixrac edilib.

Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 4 rübü ərzində adıçəkilən məhsul üçün 18.204,88 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 36.904,89 min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 4 rübü üzrə 10.706.817,77 min ABŞ dolları, 2016-cı ildə isə 10.692.835,52 min ABŞ dolları olmuşdur.

Eləcə də bax: Təbaşirin ixrac qiyməti artıb – 40 dəfə

 

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

İxrac (miqdar)

İxrac (dəyər)- min ABŞ dolları

2017(4 rüb)

ton

62.596

18.204,88

27.227.902,15

10.706.817,77

2016(4 rüb)

ton

167.554,91

36.904,89

34.096.415,96

10.692.835,52

Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə idxal çəkisi 62% -dən çox, dəyəri 50%-dən çox azalmış, ixrac  çəkisi 20%-dən çox azalmış, dəyəri isə 0.1%-dən çox artmışdır .

Eləcə də bax: Mis filizlərinin ixrac dəyəri, çəkisindən daha çox artıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267