STATİSTİKA

Azərbaycanda qeysəriyyə əməliyyatları artıb
26 AVQUST
229

Azərbaycanda qeysəriyyə əməliyyatları artıb

2016-08-26 14:41:00

Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı bir il ərzində 50,33 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü illə (168 889 doğuş) müqayisədə 2015-ci ildə Azərbaycanda doğuşların sayı 164 614-ə ensə də, qeysəriyyə əməliyyatı artıb.

2014-cü ildə Azərbaycanda 30 561 qeysəriyyə əməliyyatı olduğu halda, 2015-ci ildə bu rəqəm 50,33 faiz yüksələrək 45 942-yə çatıb.

Ötənilki doğuşların 111 599-u təbii doğuşla olub.

Keçən il ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı 2014-cü ildəki göstəricidən (18,1) 27,9-a yüksəlib.

Ümumilikdə son illər ərzində qeysəriyyə əməliyyatlarının sayı artmaqdadır. 2005-ci ildə ölkədə 7 491, 2010-cu ildə 22 746, 2011-ci ildə 25 960, 2012-ci ildə 30 794, 2013-cü ildə 28 954, 2014-cü ildə 30 561, 2015-ci ildə 45 942 qeysəriyyə əməliyyatı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272