SOSİUM

Pirallahıda bir qrup abonentin qaz təchizatı dayandırılıb
17 SENTYABR
86

Pirallahıda bir qrup abonentin qaz təchizatı dayandırılıb

2019-09-17 11:01:00

Pirallahı rayonunda bu gün səhər saatlarında bir qrup abonentin qaz təchizatı dayandırılıb.

Fins.az-a “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qaz təchizatının dayandırılması “Pirallahı yeni” və “Bir may” ölçü qovşağına gələn qaz xəttində aparılan təmir işləri ilə əlaqədardır.

Bildirilib ki, təmir işləri yekunlaşan kimi qazın verilişi bərpa olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır