SOSİUM

Zaqataladakı zəlzələdən sonra 5 nəfər xəsarət alıb
10 AVQUST
310

Zaqataladakı zəlzələdən sonra 5 nəfər xəsarət alıb

2019-08-10 16:49:00

Səhər saatlarında Zaqatalada baş vermiş zəlzələ ilə bağlı Zaqatala MR Xəstəxanasına 5 nəfər müraciət edib. 

Fins.az-ın məlumatına görə, onlardan ikisi - Göyəm kənd sakini 1992-ci il təvəllüdlü Osmanova Ayşə Hacıməmməd qızı və Hüseynova Hürüney Ramazan qızı yüngül travma, üçü isə - şəhər sakinləri 1987-ci il təvəllüdlü Hüseyinova Saqibət Mayis qızı, 1960-cı il təvəllüdlü Pirəliyeva Sürəyya Cuma qızı və 1990-cı il təvəllüdlü Məmmədova Gülnarə Əli qızı stress, həyəcan və qorxu əlamətləri ilə daxil olub.

 

Xəstələrə tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır