SOSİUM

Bakının bu iki ərazisi işıqsız qalacaq – ƏHALİYƏ XƏBƏRDARLIQ
22 İYUL
232

Bakının bu iki ərazisi işıqsız qalacaq – ƏHALİYƏ XƏBƏRDARLIQ

2019-07-22 12:51:00

Bu gün Pirşağı qəsəbəsi və Ləhic bağları ərazisində işıq olmayacaq.

Bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Bildirilib ki, bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Ləhic bağları ərazisində elektrik enerjinin verilişində fasilə yaranacaq.

T.Mustafayevin sözlərinə görə, fasilə həmin ərazilərdə elektrik xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır