SOSİUM

Fins.az Milli Mətbuat günü münasibəti ilə təbrik edir
22 İYUL
116

Fins.az Milli Mətbuat günü münasibəti ilə təbrik edir

2019-07-22 10:07:00

Bu gün Zərdabi ənənlərini hər zaman öz fəaliyyətində yaşadan Azərbaycanın Milli Mətbuatının 144 yaşı tamam olur. Uzunmüddətli inkişaf yolu keçən mətbuatınımızın azad sözün və ölkəmizin haqq səsinin  eyni zamanda iqtisadi, siyasi uğurlarının cəmiyyətimizə, dünyaya çatdırmaqda əvəzsiz rolu var. Yayımlanan hər bir məlumatda ölkənin bugünki uğurlu inkişafının və Azərbaycanın gələcəkdə dünyanın öncül ölkələri sıralarında adının çəkiləcəyi əks olunan milli mətbuatımız da dünya standartlarına uyğunlaşdırılır. Hazırda ölkədə televizyalarla yanaşı yazılı və elektron mətbuatda da irimiqyaslı inkişafa nail olunubdur. Azərbaycan dövlətinin və ayrı-ayrı orqanların özəl qurumların, biznes subyektlərinin Azərbaycan mətbuatının inkişafına verdiyi tövhələr əvəzsizdir. Ölkənin və dünyanın iqtisadi gündəmiylə bağlı xəbərlər yayımlayan Fins.az rəhbərliyi eyniylə fins.az kollektivi Azərbaycanın mətbuatında çalışan hər bir əməkdaşı Milli Mətbuat günü münasibəti ilə təbrik edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır