SOSİUM

Pəhriz və uşaq yeməklərinin istehsalına nəzarət artırılacaq
13 İYUN
65

Pəhriz və uşaq yeməklərinin istehsalına nəzarət artırılacaq

2019-06-13 11:45:00

Azərbaycanda pəhriz, uşaq yeməkləri və s. istehsalına, emalına, eləcə də, dövriyyəsinə dair tələblər və nəzarət mexanizmləri təkmilləşdiriləcək.

Fins.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyevin təsdiq etdiyi “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında deyilir.

Plana əsasən, həmin tələblər və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər 2019-2020-ci ildə hazırlanacaq.

Tədbirlər Planında ölkədə qida mənşəli xəstəliklər üzrə təhlillər aparılması və məlumat bazasının yaradılması, eləcə də, ölkədə qida mənşəli xəstəliklər üzrə hər ilin sonunda təhlillərin aparılması və məlumatların Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilməsi öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264