SOSİUM

Gələn il pensiyaya çıxacaq şəxslərin nəzərinə
28 NOYABR
1138

Gələn il pensiyaya çıxacaq şəxslərin nəzərinə

2018-11-28 19:07:00

“Növbəti ildən pensiyaya çıxacaq şəxslərə 25 il stajın verilməsi onların böyük bir əksəriyyətində pensiya təminatının yaranmasına imkan yaradacaq”.

Fins.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Gələn il 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək. Təqribən 38 min insanın aylıq gəliri 48 faiz artacaq”, - deyə S.Babayev vurğulayıb.

Nazirin sözlərinə görə, gələn ildən başlayaraq hər il pensiya təminatı avtomatlaşdırılmış şəkildə aparılacaq: “Pensiya sahəsində inqilabi bir dəyişiklik olacaq. Bunlar gələn ildən pensiyaya çıxacaq şəxslərə aid olacaq”.

Eləcə də bax: Maaşların sosial sığortaya cəlb edilmə mexanizmi belə olacaq

©Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256