SOSİUM

Meteoroloqlardan meteohəssas insanlara xəbərdarlıq
19 NOYABR
336

Meteoroloqlardan meteohəssas insanlara xəbərdarlıq

2018-11-19 17:57:00

Ölkə ərazisində noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fins.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11°, gündüz 14-17° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 20-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün müsbət amil olsa da, atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi sakinlərdə narahatlıq hissi yarada bilər.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 11-16° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 11-16° isti olacağı ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Dağlarda duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-10°, gündüz 12-15° isti, dağlarda gecə 2-6°, gündüz 7-12° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256