SOSİUM

Psixoloji yardım verənlərin DİQQƏTİNƏ - DÖVLƏTDƏN DƏSTƏK
30 OKTYABR
142

Psixoloji yardım verənlərin DİQQƏTİNƏ - DÖVLƏTDƏN DƏSTƏK

2018-10-30 10:06:00

Azərbaycanda dövlət psixoloji yardım sahəsinə nəzarəti həyata keçirəcək.

Fins.az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu məsələ yeni hazırlanan "Psixoloji yardım haqqında" qanun layihəsinə daxil edilib.

 Eləcə də bax: Eldar Əzizov Bakıda Qərargah yaratdı

Layihəyə əsasən, psixoloji yardım bir neçə formada həyata keçirilir.

Psixoloji yardım alan şəxslə mütəxəssis arasında qarşılıqlı əlaqə bilavasitə və vasitəli (telefon, internet və digər texniki vasitələrdən istifadə etməklə) yarana bilər.

Kliniki psixoloji yardımın göstərilməsi yalnız səhiyyə müəssisələrində həyata keçirilməlidir.

Psixoloji yardım alan şəxs psixoloji yardım göstərən müəssisəni və psixoloqu, o cümlədən yardımın növünü və onun göstərilmə şərtlərini sərbəst şəkildə seçmək hüququna malikdir.

Qeyd edək ki, "Psixoloji yardım haqqında" qanun layihəsi Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar sessiyasında birinci oxunuş üçün müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259