SOSİUM

Deputatların etik davranış qaydaları ilə bağlı YENİLİK - Özlərini apara bilməsələr...
29 OKTYABR
120

Deputatların etik davranış qaydaları ilə bağlı YENİLİK - Özlərini apara bilməsələr...

2018-10-29 16:53:00

Milli Məclisin deputatının etik davranış qaydaları və vəzifələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

Fins.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunun 16-cı maddəsinə (Deputatın vəzifələri) aşağıdakı dəyişiklik təklif olunur:

16-cı maddənin birinci hissəsində "deputat etikasını gözləməlidir" sözləri "etik davranış qaydalarına əməl etməlidir" sözləri ilə, ikinci hissəsində "oluna bilər" sözləri "olunur" sözü ilə əvəz edilir.

 Eləcə də bax: Eldar Əzizov Bakıda Qərargah yaratdı

Dəyişikliyə görə, deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumalı, ölkə Konstitusiyasını və qaydalarını rəhbər tutmalı, deputat etikasını gözləməlidir.

Deputat Milli Məclisin iclaslarında və üzvü olduğu parlament komitə və komissiylarının iclaslarında iştirak etməlidir. Üzürsüz səbəbdən Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarını buraxan deputat Milli Məclisin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunacaq.

Hazırki qanunvericilikdə isə belədir:

“Deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumalı, Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını rəhbər tutmalı, deputat etikasını gözləməlidir.

Deputat Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında və üzvü olduğu Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiylarının iclaslarında iştirak etməlidir. Üzürsüz səbəbdən Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarını buraxan deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.

Bundan əlavə, qanunun  17-ci maddəsi (Deputat etikası) yeni  redaksiyada verilir

Maddə 17. Deputatın etik davranış qaydaları

Deputatın etik davranış qaydaları və həmin qaydalara əməl olunmasının hüquqi mexanizmi "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Qanunu ilə müəyyən edilir".

Hazırki qanunvericilikdə isə aşağıdakı kimidir:

“Deputat qanunazidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir”.

 

©moden

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258