SOSİUM

Energetika sektorunda hərtərəfli islahatlar - QANUN
22 OKTYABR
113

Energetika sektorunda hərtərəfli islahatlar - QANUN

2018-10-22 09:56:00

Energetika Nazirliyi energetika sektorunda bazar münasibətlərinin və bazar subyektlərinin formalaşdırılmasına yönəldilmiş hərtərəfli islahatların aparılmasına dair qanunvericilik bazasının hazırlanması işlərinin satınalınması məqsədi ilə tender elan edib.

Fins.az  xəbər verir ki, Energetika Nazirliyindən  verilən məlumata görə, tenderdə iştirak haqqı 1 100 manatdır.  

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 noyabr 2018-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 6 dekabr 2018- ci il saat 11:00-a qədər Heydər Əliyev prospekti 152 nömrəli ünvanda “Çinar Plaza” İş Mərkəzinə məxsus binanın 13-cü mərtəbəsində yerləşən ofisinə (ümumi şöbəyə) təqdim etməlidirlər.

İddiaçıların təklifləri 7 dekabr 2018-ci il saat 15.00-da Bakı şəhəri, Heydər Əliyev prospekti 152 nömrəli ünvanda “Çinar Plaza” İş Mərkəzinə məxsus binanın 12-ci mərtəbəsində yerləşən ofisində açılacaq.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

 Eləcə də bax:Səhiyyə Nazirliyinin fəaliyyətində nöqsanlar aşkarlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250