SOSİUM

Sabahın gözlənilən hava şəraiti
02 OKTYABR
139

Sabahın gözlənilən hava şəraiti

2018-10-02 12:24:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,Bakıda və Abşeron yarımadasında Oktyabrın 03-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında  arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Nazirlikdən Fins.az-a verilən xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə16-19, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 26-28dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında Oktyabrın 03-dəhava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin gündüz  Böyük və Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz Oktyabrın 03-04-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255