SOSİUM

Milli Məclisin sədri Azərbaycan Prezidentinə təşəkkür edib
01 OKTYABR
148

Milli Məclisin sədri Azərbaycan Prezidentinə təşəkkür edib

2018-10-01 12:25:00

“Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin fəaliyyətinə yüksək qiymət verib. Ölkəmizin qanunvericilik bazası yüksək meyarlara cavab verir. Bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində demokratik inkişafla bağlı siyasətimizin aparılmasında parlamentin çox böyük rolu var”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında spiker Oqtay Əsədov deyib.

O.Əsədov parlamentin fəaliyyətinə yüksək qiymət verdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

Spiker qeyd edib ki, parlamentin payız sessiyasında bir sıra qanunlar qəbul ediləcək, sessiya uğurla başa çatacaq.

 Eləcə də bax:Bakıda ən çox və ən az maaş alanlar bəlli oldu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256