SOSİUM

Bir ölkə sakini hər ay 300 manatlıq məhsullar alır
15 İYUL
322

Bir ölkə sakini hər ay 300 manatlıq məhsullar alır

2018-07-15 15:39:00

2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 17,1 milyard manata bərabər olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ticarət dövriyyəsinin 8,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələyib.

Cari ilin birinci yarısında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2017-ci ilin yanvar- iyun aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

17 145,9

102,5

o cümlədən:

ərzaq məhsulları

7 743,0

102,0

içkilər və tütün məmulatları

756,0

100,9

toxuculuq məhsulları, geyim və ayaqqabılar

3 095,5

103,1

 

elektrik malları və mebellər

990,5

102,8

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

121,1

101,9

əczaçılıq və tibbi mallar

224,3

102,2

avtomobil yanacağı

972,1

101,7

digər qeyri-ərzaq məhsulları

3 243,4

103,6

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının 13,8 faizi ticarət müəssisələri, 52,6 faizi fərdi sahibkarlar tərəfindən, 33,6 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 23,7 faiz artıb, fərdi sahibkarlar üzrə 0,2 faiz, bazar və yarmarkalarda 0,4 faiz azalıb.

Cari ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 291,7 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259