SOSİUM

600 manat cərimələndilər
04 İYUN
135

600 manat cərimələndilər

2018-06-04 10:33:00

Zərdab rayonu Gödəkqobu kəndi ərazisindən keçən kollektora tullantıların atılması ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki,  araşdırma zamanı fakt təsdiqini tapıb. Tullantıların kənd sakinləri Nazir Nağıyev, Mahir Rzayev, Araz Əzizov, Sabit Eyvazov və Həmzət Davudov tərəfindən kollektora atıldığı müəyyən olunub.

Faktla bağlı kənd sakinləri barəsində protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinə əsasən qanun pozucularının hər biri 600 manat məbləğində cərimə olunub. Tullantıların kollektora və suvarma arxına atılmasının qarşısının alınması üçün Gödəkqobu bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267