SOSİUM

Ağsu çayına gələn sel əhaliyə ziyan vurub
03 İYUN
251

Ağsu çayına gələn sel əhaliyə ziyan vurub

2018-06-03 22:12:00

Son günlər yağan leysan yağışları Ağsu rayonunda bir sıra fəsadlar törədib. Fins.az xəbər verir ki, dünən axşam saatlarında Ağsu cayı bir neçə istiqamətdə öz məcrasından çıxaraq Maşadqanlı kəndinin yolunu tamamilə dağıdıb. Nəticədə kəndin 1500 nəfər sakininin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Yolun dağılması nəticəsində kəndin elektrik və rabitə dirəkləri aşıb, içməli su və qaz xətti qırılaraq sıradan cıxıb. Bundan başqa çaya gələn güclü sel kəndin suvarma kanallarını da dağıdıb. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Vəziyyətlə bağlı rayonun rəhbər şəxləri hadisə yerində olub və sakinlərlə görüşüb. Yaxın vaxtlarda yolun yenidən bərpa olunması istiqamətində işlərə başlanılacağı qeyd olunub.

Kəndə müvəqqəti gediş-gəlişi bərpa etmək üçün hazırda əraziyə texnikalar cəlb olunaraq alternativ yol çəkilişi aparılır.  

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267