SOSİUM

Prezidentin vəzifə verdiyi yeni rektor kimdir?
31 MAY
801

Prezidentin vəzifə verdiyi yeni rektor kimdir?

2018-05-31 22:51:00

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edib. Dövlət başçısının sərəncamına əsasən bu vəzifə Ceyhun Valeh oğlu Məmmədova həvalə edilib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az-ın məlumatına görə, 1975-ci il təvəllüdlü Ceyhun Məmmədov Xəzər Universitetində təhsil alıb. O, ilahiyyat üzrə fəlsəfə doktorudur. 

14 kitabı çap olunan C. Məmmədov həmçinin ərəb dili üzrə tərcüməçilik fəaliyyətilə məşğuldur. 

Yeni rektorun son iş yeri AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu olub. O, bu institutda böyük elmi işçi olaraq fəaliyyət göstərib. 

Eləcə də bax: Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin olunub

© Qafqazinfo

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267