SOSİUM

Yeni ayın ilk günü şimşək çaxacaq, dolu düşəcək – HAVA PROQNOZU
31 MAY
283

Yeni ayın ilk günü şimşək çaxacaq, dolu düşəcək – HAVA PROQNOZU

2018-05-31 13:31:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin iyunun 1-nə olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 24-29,  Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50faiztəşkil edəcək.

Eləcə də bax: İntensiv leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Abşeron çimərliklərində

əşimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)mülayim şimal-qərbküləyi əsəcək, axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)mülayim şimal-qərb küləyi  əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

 hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz bəzi  yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 7-10, gündüz 11-16 dərəcə istiolacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyunun 01-də Abşeron yarımadasında axşam hava şəraitinin təzadlı dəyişməsi bəzi  meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259