SOSİUM

Müdafiə Nazirliyi aprel ayının hesabatını verdi
04 MAY
193

Müdafiə Nazirliyi aprel ayının hesabatını verdi

2018-05-04 16:35:00

2018-ci il üçün tədbirlər planına əsasən aprel ayında Müdafiə Nazirliyi dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, eləcə də ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib.

Bu haqda Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdam, Bərdə, Beyləqan, Şəmkir, Gədəbəy, Tərtər, Kəlbəcər, Cəbrayıl, Xocavənd, Qusar, Füzuli, Bakının Səbail, Binəqədi, Xətai və Qaradağ rayonları, o cümlədən Sumqayıt, Gəncə şəhər icra hakimiyyətləri ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik mövzusunda 30-dan artıq tədbir təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.

Aprel şəhidlərinin, Azərbaycanın Milli Qəhrəmanlarının anma mərasimlərində, onların ailə üzvləri ilə görüşlərdə, hərbi idman oyunlarında və digər tədbirlərdə şəxsi heyət, yerli ictimaiyyətin nümayəndələri, veteranlar, məktəblilər və tələbələr yaxından iştirak ediblər.

Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə aprel ayında Müdafiə Nazirliyi tərəfindən 129 rəsmi məlumat, 196 foto, 14 video material hazırlanıb və media nümayəndələrinin sualları cavablandırılıb.

Televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlər aparılmasına 11 icazə məktubu verilib.Müdafiə Nazirliyi tərəfindən təşkil edilən tədbirlərin işıqlandırılması üçün televiziya və informasiya agentlikləri keçirilən 30 tədbirə dəvət olunublar.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276