SOSİUM

Nazir müavinindən əlilləri sevindirəcək – AÇIQLAMA
04 MAY
1903

Nazir müavinindən əlilləri sevindirəcək – AÇIQLAMA

2018-05-04 15:29:00

“Bu gün Azərbaycan Respublikası müharibə şəraitində yaşayan ölkədir. Bu gün əlillərin evlə təmin olunması ilə 2014-2018-ci illərdə Dövlət proqramı əsasında həyata keçirilir”.

Fins.az-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Milli Məclisin iclasında deyib.

Nazir müavini bildirib ki, Azərbaycan ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxslərə evlərin verilməsi zamanı üstünlük verilir.

“Ancaq biz bu kateqoriyadan olan insanların evlə təmin olunmasını tam əhatə etməmişik.

“Şəhid ailələrinin ailələri, Qarabağ əlillərinə fərdi yaşayış evləri ilə təminatı məsələsi barədə məlumatlar nazirliyin saytında var. Bu hər il 350- 400 nəfəri əhatə edir. Ümid edirəm ki, 2014-2018-ci illərdə Dövlət proqramı yenidən hazırlanacaq və biz bu insanları evlə təmin edəcəyik. Digər əlillərin isə müvafiq icra hakimiyyəti tərəfindən evlə təmin edilməsi istiqamətində iş aparılır”.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277