SOSİUM

Dövlət qulluğu ilə bağlı imtahanda iştirak edənlərin ixtisas qrupları üzrə statistik göstəriciləri açıqlanıb
02 MAY
181

Dövlət qulluğu ilə bağlı imtahanda iştirak edənlərin ixtisas qrupları üzrə statistik göstəriciləri açıqlanıb

2018-05-02 15:29:00

Dövlət qulluğu ilə bağlı imtahanda iştirak edənlərin ixtisas qrupları üzrə statistik göstəriciləri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Fins.az-a verilən məlumata görə, dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə aprelin 22-də keçirilmiş test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının keçirdiyi qəbul imtahanları nəticəsində ali təhsil müəssisələrinə qəbul olmuş) 1490 namizəddən 658 nəfər (44.2%) uğur əldə edib. 

Aşağıda bu imtahanda iştirak edənlərin nəticələrinin onların ixtisaslarının aid olduğu ixtisas (proqram) qrupları üzrə statistikasını təqdim edirik:

İxtisas qrupları üzrə məlumat

İxtisas qrupları Qeydiyyatdan 
keçənlərin sayı
Test imtahanında uğur 
qazananların sayı
Faizlə 
(%)
Təhsil 136 63 46.3%
Humanitar və sosial 364 155 42.6%
Mədəniyyət və incəsənət 16 7 43.8%
İqtisadiyyat və idarəetmə 592 271 45.8%
Təbiət 105 50 47.6%
Texniki və texnoloji 194 70 36.1%
Kənd təsərrüfatı 39 23 60%
Səhiyyə, rifah və xidmət 44 19 43.2%
Yekun 1490 658 44.2%

Aşağıdakı cədvəldə imtahanda iştirak üçün qeydiyyatdan keçən namizədlərin sayının çoxluq təşkil etdiyi müvafiq ixtisas qruplarına aid ixtisaslar haqqında məlumat verilib

İxtisas qrupları və ixtisas Qeydiyyatdan
keçənlərin sayı
Test imtahanında 
uğur qazananların 
sayı
Faizlə 
(%)
Təhsil - Tarix müəllimliyi 15 9 60%
Humanitar və sosial – Hüquqşünaslıq 78 39 50%
Mədəniyyət və incəsənət – Ədəbi yaradıcılıq 
və ekran dramaturgiyası
2 1 50%
İqtisadiyyat və idarəetmə - İqtisadiyyat 92 46 50%
Təbiət - Ekologiya 19 9 47.4%
Texniki və texnoloji - İnformasiya texnologiyaları
və sistemləri mühəndisliyi
20 7 35%
Kənd təsərrüfatı - Torpaqşünaslıq və aqrokimya 5 3 60%
Səhiyyə, rifah və xidmət - Sosial iş 18 11 61.1%

Qeyd edək ki, ali təhsil ixtisası iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna aid namizədlərin sayının (592 nəfər) imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin sayına (1490 nəfər) nisbətdə faiz göstəricisi 39.7% təşkil edir. Ali təhsil ixtisası mədəniyyət və incəsənət ixtisasları qrupuna aid namizədlərin sayının (16 nəfər) imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin sayına (1490 nəfər) nisbətdə faiz göstəricisi, təxminən, 1.1% təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254