SOSİUM

Azərbaycan Tələbə Kartı mobil tətbiqetməsi istifadəyə verildi
06 APREL
300

Azərbaycan Tələbə Kartı mobil tətbiqetməsi istifadəyə verildi

2018-04-06 11:53:00

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Azərbaycan Tələbə Kartı mobil tətbiqetməsi istifadəyə verilib.

Fins.az-ın məlumatına görə, istifadəyə verilmiş mobil tətbiqetmə vasitəsi ilə Azərbaycan Tələbə Kartı istifadəçiləri mobil tətbiqetmə üçün istifadəçi adı kimi şəxsiyyət vəsiqəsinin nömrəsini, şifrə olaraq isə fərdi identifikasiya nömrəsini (FİN kodla) daxil edə bilərlər. Tələbələr tətbiqetmə vasitəsilə Azərbaycan Tələbə Kartı haqqında ətraflı məlumat əldə edib, kartın istifadə qaydaları ilə tanış ola bilərlər.

Tələbələr, daha rahat şəkildə endirim əldə edə biləcəkləri məkanların siyahısını, orada mövcud olan endirim faizlərini öyrənib, xəritə vasitəsi ilə istədikləri məkana marşurutu seçə bilər və yaxın ərazidə endirim faizləri barədə məlumat ala bilərlər.

Mobil tətbiqetmə vasitəsi ilə istifadəcilər sms-lə Azərbaycan Tələbə Kartına yeni qoşulmuş məkanlar haqqında yenilənmiş məlumatları və hansı məkanlarda bu və ya digər günlərdə aksiyalar və daha çox endirimlər təklif olunduğunu oyrənə biləcəklər.

Tələbə kartı, Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq təhsil alan gənclərə sosial dəstəyin artırılması və tələbələrin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məqsədi ilə 2012-ci ildən etibarən Gənclər və İdman, Təhsil Nazirlikləri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün "Azərbaycan Tələbə Kartı" hazırlanaraq paylanıb.

Azərbaycanın da üzv olduğu Avropa Gənclər Kartı Assosiasiyası 1987-ci ildə təsis edilib. Avropa Gənclər Kartının (EYCA) şüarı “Qənaət edilmiş pul-qazanılmış puldur”. Məqsədi üzv təşkilatları sosial, mədəni, təhsil və iqtisadi cəhətdən mobil olmaq üçün daha çox gəncləri stimullaşdırmaq üçün birgə fəaliyyət göstərir. "Azərbaycan Tələbə Kartı" Avropa Gənclər kartı (EYCA) ilə birgə buraxılır. 2016-cı ildən etibarən Azərbaycan Tələbə Kartı yenidən dizayn edilərək təqdim edilmişdir. Ötən bu müddət ərzində 50 000 nəfər tələbə kartı ilə təmni edilmişdir və edilməkdədir.

Azərbaycan Tələbə Kartı sahibinə Avropanın 37 ölkəsində aşağıdakı istiqamətlər üzrə 80.000-dən artıq, ölkəmizdə 300-dən artıq obyektlərdə 5%-dən-55%-dək endirimlər təklif edilir:

-səyahət zamanı: otellər və hostellər, ekskursiyalar və turlar
-mağazalar: kitab, idman, paltar və digər
-iaşə obyektləri: restoranlar və kafelər
-xidmətlər: sığorta, abunə servisi, bələdçi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256