SOSİUM

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi yekunlaşıb
17 MART
584

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi yekunlaşıb

2018-03-17 20:42:00

11 və 26 yanvar 2018-ci il tarixində 77 dövlət orqanında mövcud olan 1315 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibə mərhələsi başa çatıb.

DİM-dən Trend-ə verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilib.

Dövlət İmtahan Mərkəzi ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, şəffaflığın təmin edilməsinə, habelə görülən işlərlə bağlı ictimai nəzarətin təşkilinə daim önəm verdiyi üçün Mərkəz tərəfindən hər gün keçirilən müsahibələrin nəticələri, statistik göstəricilər, müsabiqə vəziyyəti və s. ilə bağlı günlük yekun məlumatlar verilib.

Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə keçirilmiş bütün müsahibələrin videoçəkilişi aparılıb. Prosesə ictimai nəzarətin həyata keçirilməsi üçün isə QHT nümayəndələri də müstəqil ekspert qismində müsahibələrə cəlb olunub.

Hər kəsə DİM-in saytında müsahibələrin keçirilmə qrafiki və nəticələri bölməsində nəticələrlə, ayrıca olaraq dövlət orqanı, vakant vəzifə və müsahibədə uğur qazanmış namizədlərin siyahısı ilə (http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygNamSiyahi?ElanID=2http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygNamSiyahi?ElanID=3), eləcə də dövlət orqanları üzrə ərizə qəbulu və müsahibə mərhələsi üzrə statistika (http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygDOUzreHesabat?ElanID=2http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygDOUzreHesabat?ElanID=3) ilə tanış olmaq imkanı yaradılıb.

Qeyd edək ki, 11 və 26 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərlə 902 müsahibə keçirilib. 321 müsahibə üzrə namizədlər iddia etdikləri vəzifələrə uyğun hesab edilib, 575 müsahibədə isə namizədlər vəzifəyə uyğun hesab edilməyib. 6 müsahibənin nəticəsi etibarsız hesab edilib. 485 müsahibə üzrə qeydiyyatdan keçmiş namizədlər müsahibələrdə iştirak etməkdən imtina edib, 412 müsahibə isə namizədlərin müsahibəyə gəlməməsi səbəbindən baş tutmayıb.

Xatırladaq ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb. Nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 10, 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçib. Ümumilikdə isə orta hesabla 1 nəfər 3 müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçib.

Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunub. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilib və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunub.

Növbəti həftə 2018-ci il 7 və 8 fevral tarixlərində elan olunmuş müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilmə qrafiki elan olunacaq. Namizədlər bu işə məsuliyyətlə yanaşmalıdırlar. Müsahibələrdə iştirak etmək istəməyən namizədlər qrafik elan olunandan sonra müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256