SOSİUM

Respublika çaylarında suyun səviyyəsi azalıb
16 MART
126

Respublika çaylarında suyun səviyyəsi azalıb

2018-03-16 11:39:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 60-150, Lənkəran-Astara çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 100 faizini təşkil edir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Departamentdən AZƏRTAC-a bildirilib ki, martın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 19 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 233 kubmetr olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 270 kubmetr təşkil etməklə ongünlük normanın 101 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 99 kubmetr olmaqla ongünlük normanın 105 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 65 kubmetr təşkil edərək ongünlük normanın 69 faizinə bərabər olub.

Martın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvan və Salyanda 6, Bankə və Araz çayının Novruzlu məntəqəsində isə 2 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 351 (2017-ci il martın 16-da 403 sm), Şirvanda 215 (2017-ci il martın 16-da 247 sm), Salyanda 161 (2017-ci il martın 16-da 176 sm), Bankədə 177 (2017-ci il martın 16-da 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 santimetr (2017-ci il martın 16-da 98 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267