SOSİUM

Azərbaycanda xidməti pasporta malik şəxslər Litva və Benilüks ölkələrinə vizasız səfər edə biləcək
07 MART
383

Azərbaycanda xidməti pasporta malik şəxslər Litva və Benilüks ölkələrinə vizasız səfər edə biləcək

2018-03-07 19:25:00

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nu təsdiqləyib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az "Report"a istinadən xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” 2017-ci il noyabrın 23-də Brüssel şəhərində imzalanmış Saziş təsdiq edilib.

Bundan başqa, Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nu təsdiqləyib.

“Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanmış Saziş təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267