SOSİUM

Orta məktəblərdə bir sıra vəzifələrə qəbul üzrə keçirilən test imtahanının nəticələri açıqlanıb
07 FEVRAL
243

Orta məktəblərdə bir sıra vəzifələrə qəbul üzrə keçirilən test imtahanının nəticələri açıqlanıb

2018-02-07 16:33:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində gənclərin çağırışa qədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsinin nəticələri açıqlanıb, vakansiya seçiminə başlanılıb.

BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorundan Fins.az-a verilən məlumata görə, nəticələrə əsasən, gənclərin çağırışa qədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 35, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 62, laborant vəzifəsi üzrə 170 nəfər namizəd keçid balından yüksək nəticə göstərərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

İmtahanların nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhlil edilən nəticələrə əsasən, vəzifələr üzrə keçid balları müəyyənləşdirilib.

Gənclərin çağırışa qədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 27, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 17, laborant vəzifəsi üzrə 15 bal olub.

Test imtahanlarında müəyyənləşdirilmiş keçib balını toplayan namizədlər fevralın 7-dən 11-dək vakansiya seçimi edə biləcəklər.

Qeyd olunub ki, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 21, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 39 (16 daimi, 23 müvəqqəti xarakterli), laborant vəzifəsi üzrə 157 (75 daimi, 82 müvəqqəti xarakterli), ümumilikdə 217 vakansiya seçim üçün namizədlərə təqdim edilib.

Hər bir namizədin 5 vakant yer seçmək imkanı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255