SOSİUM

Azərbaycanın əsas yolkasının yeri məlum oldu
14 DEKABR 2017
381

Azərbaycanın əsas yolkasının yeri məlum oldu

2017-12-14 15:29:00

Azərbaycanın əsas yolkasının qurulmasına başlanıb.

Bu barədə özəl olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Onun sözlərinə görə, ölkənin əsas yolkası paytaxtın Neftçilər prospektində, Dövlət Kukla Teatrının arxasında, Dənizkənarı Milli Parkın ərazisində qurulacaq.

Ə.Bağırov yolkanın hündürlüyünün 35 metr olacağını bildirib: "Yolkanın qurulması işləri başa çatmaq üzrədir. Dekabrın 15-dən ölkənin əsas yolkası paytaxt sakinlərinin və qonaqların istifadəsinə veriləcək".

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259