SOSİUM

"Qurban Qurbanov həm "Qarabağ"da, həm də Azərbaycan millisində çalışacaq"
03 NOYABR
306

"Qurban Qurbanov həm "Qarabağ"da, həm də Azərbaycan millisində çalışacaq"

2017-11-03 10:58:00

"Qurban Qurbanovu Azərbaycan millisinə baş məşqçi təyin olunması münasibətilə təbrik edirik. Bu, həm "Qarabağ", həm də Azərbaycan milli komandasının daha yaxşı olması üçün atılan addımdır". 

"Bunu  açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl komandanın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan milli komandasının sükanı arxasına keçməsinə dair AFFA İcraiyyə Komitəsinin qərarını şərh edərkən deyib. Klub rəsmisi bildirib ki, 45 yaşlı mütəxəssis fəaliyyətini "Qarabağ"da da davam etdirəcək: "Bununla bağlı razılıq əldə olunub. Qurban Qurbanovun "Qarabağ"dan ayrılması müzakirə mövzusu deyil və bu, heç vaxt baş verməyəcək. Qurbanov həm millidə, həm də "Qarabağ"da çalışacaq". 

Qeyd edək ki, Qurban Qurbanov "Qarabağ"da 2008-ci ildən baş məşqçi vəzifəsində çalışır. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287