SOSİUM

"Qarabağ"ın "Atletiko" ilə oyundan qazandığı məbləğ açıqlandı
02 NOYABR
1960

"Qarabağ"ın "Atletiko" ilə oyundan qazandığı məbləğ açıqlandı

2017-11-02 17:37:00

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Atletiko" ilə oyunda heç-heçə etməsi Ağdam təmsilçisinin büdcəsini də zənginləşdirəcək.
Fins.az xəbər verir ki, Madriddə "Atletiko" ilə 1:1 hesablı heç-heçəyə nail olan təmsilçimizə UEFA tərəfindən yarım milyon avro (988.800 AZN) mükafat ayrılacaq. 
Tərəflərin Bakıda keçirilən oyununda da 0:0 hesablı bərabərliyin qeydə alındığını nəzərə alsaq, bu, "Qarabağ"ın İspaniya təmsilçisi ilə matçlarda ümumlikdə 1 milyon avro (1.977600 AZN) qazanc əldə etməsi deməkdir.
Qrup mərhələsindəki hər qələbənin mükafat məbləği 1,5 milyon heç-heçə isə 500 min avrodur. 1/8 final mərhələsinə çıxan klub isə 6 milyon avro qazanacaq. 

© sportlife.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291