SOSİUM

42 təhsil müəssisəsində qəbul planı 100%dir – STATİSTİKA
22 AVQUST
277

42 təhsil müəssisəsində qəbul planı 100%dir – STATİSTİKA

2017-08-22 10:16:00

Dövlət İmtahan Mərkəzi tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini avqustun 21-də elan etmişdir.

2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrində ayrılmış plan yerləri 8004 olmuşdur. Müsabiqənin nəticələrinə əsasən 7806 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Qəbul planı ümumilikdə 97.51% yerinə yetirilib. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100% dolub və boş yer qalmayıb. Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 199 yer (2.49%) boş qalmışdır. Tələbə qəbulu aparılan 54 orta ixtisas təhsili müəssisəsinin 42-də plan qəbul planı 100% yerinə yetirilib.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 22‑dən 31‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292