SOSİUM

Vergilər Nazirliyi müğənnilərə xəbərdarlıq edib
07 AVQUST
305

Vergilər Nazirliyi müğənnilərə xəbərdarlıq edib

2017-08-07 16:52:00

“Təqdim etdiyiniz bəyannamələrdə gəlirləriniz barədə müvafiq məlumatları düzgün əks etdirmədiyiniz halda, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən, əlaqəli məlumatlardan istifadə edilməklə müəyyənləşdirilmiş faktiki gəlir məbləğləri təqdim olunmuş bəyannamələrin göstəriciləri ilə üzləşdiriləcək və vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla şəxsi vərəqənizə bərpa olunacaq”. 

Fins.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin müğənnilərə etdiyi xəbərdarlıqda deyilir.

Nazirliik bəyan edib ki, Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergilərin ödənilməsi, gəlir və xərclərin uçotunun aparılması, vergi hesabatlarının təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilib. Eyni zamanda vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərilməli məbləğə nisbətən azaldan və büdcəyə çatası vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri tətbiq edilir.

Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanı məhkəməyə müraciət etmək hüququna malikdir. Digər tərəfdən, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur.

“Odur ki, fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməklə vergi öhdəliklərinizi vaxtında və tam şəkildə yerinə yetirməyiniz Sizə tövsiyə olunur", - deyə nazirlik bəyan edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0116
  • ₽ RUB
    0.0290