SOSİUM

Bakı Yay Ətraf Mühit Məktəbi işə başlayır
10 İYUL
260

Bakı Yay Ətraf Mühit Məktəbi işə başlayır

2017-07-10 15:17:00

İyulun 12-14-də Qərb Universiteti və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” Proqramı birgə ətraf mühitin mühafizəsinə dair Bakı Yay Ətraf Mühit Məktəbini təşkil edəcək.

Universitetdən Fins.az-a verilən xəbərə görə, Harvard Universitetinin metodologiyası əsasında hazırlanmış üç günlük təlim proqramı çərçivəsində iştirakçılar ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi mövzusunda dərin biliklər əldə edə biləcəklər. Proqramın sonunda iştirakçılar sertifikatla təltif olunacaq.

Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən həyata keçirilən GİZ-in “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” proqramı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində indiki və gələcək nəsillər üçün biomüxtəliflik və ekosistem xidmətlərini qorumaq və mühafizə etmək məqsədini daşıyır. Proqramın hazırkı fəaliyyəti milli, yerli və regional istiqamətlərdə həyata keçirilir.

Məlumat üçün bildirək ki, layihənin tərəfdaşlarından biri - ölkənin aparıcı təhsil ocaqlarından olan Qərb Universiteti növbəti tədris ilindən etibarən “Ekologiya mühəndisliyi” ixtisası üzrə də kadr hazırlayacaq. Eyni zamanda universitetdə bu sahə ilə bağlı ən yüksək standartlara cavab verən laboratoriyaların qurulması istiqamətində addımlar atılıb. Laboratoriyaların təşkili bu sahədə böyük təcrübəsi olan alman şirkətləri ilə birgə həyata keçirilir. Ən müasir cihazlarla təchiz olunacaq laboratoriyalarda aparılacaq bir sıra təcrübə və tədqiqatlar ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293