SOSİUM

I qrup əlil müalicə üçün yardım istəyir!
13 İYUN
183

I qrup əlil müalicə üçün yardım istəyir!

2017-06-13 16:13:00

I qrup gözdən əlil Zamir Əzizovun müalicə üçün yardıma ehtiyacı var. Z.Əzizovun anası Solmaz Əzizova bununla bağlı Fins.az-a müraciət ünvanlayıb: 

"Sizə müraciət edən I qrup gözdən əlil Əzizov Zamir Əzizağa oğlunun anası Əzizova Solmaz Əlisahab qızıdır. Bildirirəm ki, oğlum həm ümumi fiziki həm də gözdən əlildir. Bu yaxınlarda gözlərində baş verən ani rahatsızlıq bizi müalicə məqsədilə İran İslam Respublikasına getməyə məcbur etdi. Burada müayinə zamanı bəlli oldu ki, oğlumun gözü karatakonus xəstəliyindən buynuzlu qişa artıq dağılmış vəziyyətdədir və təcili əməliyyat olunmalıdır. Qohum qonşunun maliyyə dəstəyi ilə əməliyyat baş tutdu. Lakin bizə bildirdilər ki, bu hələ əməliyyatın ilkin mərhələsidir. Əməliyyatın ikinci mərhələsi üçün bizə bildirildi ki, 17000 AZN məbləğində pul vəsaiti tələb olunur. Türkiyənin İstanbul şəhərində Dünya Göz klinikasında əməliyyat həyata keçiriləcək.Yaxın üç ay ərzində bu məbləğ yığımasa oğlumun gözlərini qurtarmaq artıq mümkün olmayacaq. Ailəmizdə beş əlil var özüm oğlanlarım və həyat yoldaşım. Bu səbəbdən bizim bu məbləği yığmağa imkanımız yoxdur. Bizə AMRAH bankda yardım edərək mənim oğlumun adıma hesab açmışdırlar. Bütün imkanlı şəxslərdən mənə yardım etmələri üçün bir ana kimi yalvarıram. Bu məbləğ yığılmasa mənim oğlum əbədiyyən kor qala bilər. Çox xahiş edirəm mənə bir ana kimi rəhminiz gəlsin. Oğlumu göz görə-görə qaralığa qərq olmasın. Üzümü bütün imkanlı ailələrə tutub xahiş edirəm mənə imkan daxilində maddi yardım göstərəsiniz. Məlumat üçün hesab nömrəmizi də qoyuram. Əgər imkanlı şəxslər şəxsən oğlumun vəziyyəti ilə tanış olmaq istəsələr. Telefon nömrələrimizi də qoyuram. Əvvəlcədən dərin minnətdarlığımı bildirirəm. Allah dadıınıza yetsin! AMİN!"

Hesab :AMRAHBANK ASC “Həzi Aslanov” filialı

SWIFT BİK AMRAAZ22

Hesabın sahibi: Əzizov Zamir

Hesablaşma hesabı: AZ23AMRA00410109440826137401

Müxbir hesab: AZ89NABZ01350100000000028944

VÖEN: 1400064171

Telefon: 055 540 50 94

             050 285 56 55

             055 366 79 66

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285