SOSİUM

Qərb Universitetinin dizayner-tələbələri buraxılış imtahanında maraqlı layihələr təqdim edib
12 İYUN
193

Qərb Universitetinin dizayner-tələbələri buraxılış imtahanında maraqlı layihələr təqdim edib

2017-06-12 09:19:00

Qərb Universitetinin Dizayn və Kompyüter elmləri fakültəsinin növbəti – 21-ci dövlət buraxılış imtahanı keçirilib.

İmtahanda tələbələr seçilmiş mövzular əsasında öz dizayn layihələrini təqdim və müdafiə ediblər. Həm nəzəri, həm də qrafik hissədən ibarət olan layihələr aktuallığı ilə diqqəti cəlb edib.
İşlər “Ekomənzilin interyerinin dizayn həlli”, “Uşaq inkişaf mərkəzinin aydentika həllinin layihələndirilməsi”, “Müasir tələbə yataqxanasının interyerinin dizayn həlli” və s. mövzuları əhatə edib.

Qeyd edək ki, Qərb Universitetinin Dizayn ixtisasının tələbələri qrafik və interyer dizaynı istiqamətləri üzrə ixtisaslaşmış peşəkar mütəxəssislər kimi yetişirlər. Universitetin məzunları nəinki ölkəmizin, eləcə də bir çox beynəlxalq şirkətlərin aparıcı əməkdaşları kimi özlərini təsdiq edir, karyeralarında uğurlar qazanırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285