SOSİUM

Misir Mədəniyyət Mərkəzinin rəhbəri: “Qərb Universitetində olduqca əhəmiyyətli müzakirələr aparıldı”
07 İYUN 2017
492

Misir Mədəniyyət Mərkəzinin rəhbəri: “Qərb Universitetində olduqca əhəmiyyətli müzakirələr aparıldı”

2017-06-07 14:53:00

Hazırkı vaxtda belə bir konfransın təşkil olunması çox böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı cənab İlham Əliyev bu ili “İslam həmrəyliyi ili” elan edib, bir müddət öncə Bakı İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə evsahibliyi edib. Bu gün belə bir konfransın keçirilməsi, dünyanın müxtəlif ölkələrindən bu konfransa alimlərin dəvət olunması, aktual məsələlərin müzakirəsi də olduqca əhəmiyyətlidir”.

Bu sözləri Misir Mədəniyyət Mərkəzinin rəhbəri Sami Əhməd Qərb Universitetinin təşkilatçılığı ilə keçirilən “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfransbarədə açıqlamasında bildirib.

S.Əhməd qeyd edib ki, aparılan müzakirələr problemlərin həllində irəliləyişlər əldə olunmasında böyük rol oynayacaq. “Konfransda edilən müzakirələr vasitəsilə İslam həmrəyliyi, islamın və islam ölkələrinin həqiqətləri təqdim olundu və İslam dininə qarşı qərəzli fikirlər ifşa olundu” – deyə Mərkəz rəhbəri qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254