SOSİUM

Yaşayışımızı büdcəyə uyğun quraq – DEPUTATDAN TƏKLİF
02 DEKABR
243

Yaşayışımızı büdcəyə uyğun quraq – DEPUTATDAN TƏKLİF

2016-12-02 11:39:00

2017-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi davam edir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsi müzakirə edilir.

İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, dövlət büdcəsi gərgin qlobal və ölkədaxili şərait nəzərə alınaraq hazırlanıb: "Əsas məqsədimiz makroiqtisadi sabitliyini qorumaq, iqtisadi inkişafı təmin etmək, ölkənin müdafiə qabiliyyətini gücləndirmək və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Gələn ilin büdcəsində bu məqamlar nəzərə alınıb. Biz öz yaşayışımızı büdcəyə uyğun qurmalıyıq".

Daha sonra maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsinin əsas parametrləri barədə məlumat verib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274