SOSİUM

Yeni ildə nə qədər istirahət edəcəyik?
28 NOYABR
1950

Yeni ildə nə qədər istirahət edəcəyik?

2016-11-28 17:09:00

Nazirlər Kabineti 2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında qərar verib.

Nazirlər Kabinetindən Fins.az-a daxil olan xəbərə görə, 2017- ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 26, 27 iyun Ramazan bayramı, 1, 2 senyabr Qurban bayramıdır.

2016- cil ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar qeyri-iş günüdür. 2017- ci ilin yanvarın 1,2-də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq. Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-ü və 4-ü də iş olmayacaq.

Yanvarın 5-i isə iş günü hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270