SOSİUM

Sabah hava küləkli və yağışlı olacaq
19 NOYABR
547

Sabah hava küləkli və yağışlı olacaq

2016-11-19 11:59:00

Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Fins.az-a verilən xəbərə görə, şimal-şərq küləyi əsəcək, havanın temperaturunun gecə 4-7, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 779 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270