SOSİUM

Əmək haqqı minimum maaşdan da aşağı ola bilər – İZAHAT
08 NOYABR
960

Əmək haqqı minimum maaşdan da aşağı ola bilər – İZAHAT

2016-11-08 10:15:00

Azərbaycanda tez-tez rast gəlinən və bəzən də mübahisə doğuran məsələlərdən biri də bir şəxsin eyni zamanda iki iş yerində çalışması ilə bağlı olur. Fins.az-ın məlumatına görə, belə hallarda həmin şəxsin əmək haqqı və ondan ödənilən vergi ilə bağlı müəyyən mübahisələr yaranır. Hazırda ölkədə bir qrupp əhalinin iki və daha çox yerdə işlədiyini və məsələnin aktuallığını nəzərə alaraq bununla bağlı ekspert rəyini təqdim edirik.

Ekspertimiz - iqtisadçı mütəxəssis Əsgər Qasımovdur:

Ən çox yayılan hallardan biri - hər hansı sahədə işçi kimi çalışan şəxsin özünə məxsus olan ayrıca şirkətinin (MMC) olmasıdır. Başqa sözlə, şəxs öz əsas iş yerində çalışır, əmək haqqı alır, amma onun kənarda da öz müəsssəsi vardır. Belə olan halda həmin müəssisədə onun əmək haqqı minimum nə qədər olmalı və ondan vergi necə hesablanmalıdır?  

Qanunvericiliyə görə şirkətə (MMC) icraçı direktor təyin edilməlidir. Və Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci müddəasına əsasən bütün işçilər, dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almalıdır. Buq ayda adi halllarda işləyir.

Bu şirkət digər yerdə tam ştatda çalışanda isə suallar yaranır. Məsələn: Şəxsin həmin vəzifələr üzrə işləməsi ştat vahidində hansı qaydada öz əksini tapacaq? Vergi və sosial ödənişlər necə hesablanacaq? Mövcüd güzəştlər hansı formada tətbiq olunacaq? 

Qanunvericiliyə görə, işçi iki yerdə çalışırsa, onun əlavə iş yeri üzrə iş vahidi yarımştat götürüləcək. Çünki qanunvericilik eyni zamanda iki iş yerində tam ştatla çalışmağa imkan vermir. 

Və təbii ki, şəxs üçün hesablanmış əmək haqqı da ştat vahidi üçün nəzərdə tutulan məvacibin yarısı qədər (minimum əmək haqqının yarısından az olmayaraq) olacaq. Əmək Məcəlləsi, maddə 155, müddəa 3-də deyilir ki, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Buradan belə nəticəyə gəlmək olar ki, aylıq iş normasını tam yerinə yetirməmiş, məsələn, yarımştat üzrə çalışmış işçi üçün əmək haqqı minimum əmək haqqının yarısı qədər ola bilər. 

Onu da qeyd edək ki, minimum əmək haqqı, işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir.  Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən  hər il üçün ayrıca müəyyən olunur və 2016-cı il üçün 105 manat təşkil edir. 

Vergi və sosial ödənişlər isə hər iki iş yeri üçün ayrıca olacaq və ştat vahidinə uyğun olaraq vəzifə maaşına faizlə müəyyən olunmuş qaydada hesablanacaq. Vergi Məcəlləsi 102.1.6-ya əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30000 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olunur. Bu azadolma isə məcəllədə qeyd olunduğu kimi  yalnız əsas iş yerinə şamil edilir. Əlavə iş yeri üçün isə fiziki şəxslərin gəlir vergisi heç bir güzəşt olmadan vəzifə maaşına 14 faiz nisbətində hesablanır. 

Məsələyə bir qədər də yaxın olmaq üçün bəzi praktiki nümunələrə baxaq.

A müəssisəsində işçi olaraq çalışan işçi əlavə olaraq B müəssisəndə də rəhbər vəzifəsində yarımştat olaraq çalışır. İşçi A müəssisəsində 400 manat B müəssisəsində isə 100 manat məvacib alır. Vergi və sosial ödənişlər aşağıdakı qaydada hesablanacaq:

Məlum olduğu kimi vergi məqsədləri üçün güzəştlər yalnız əsas iş yerinə şamil olunacaq və fiziki şəxslər üçün gəlir vergisi məvacibdən ölkə üzrə yaşayış minimum (136 manat) çıxıldıqdan sonra  hesablanacaq. (400-136)*14%=36.96 manat 

Məcburi dövlət sosial sığorta haqqı isə 400*3%=12 manat olacaq.

400-36.96-12=351.04  (işçinin A müəssisəsində xalis gəliri) 

B müəssisəsi işçinin əlavə iş yeri olduğu  üçün burada vergi məqsədləri üçün heç bir güzəşt tətbiq olunmayacaq.  100*14%=14 manat (gəlir vergisi) 100*3%=3 manat (MDSS haqqı)

100-14-3=83 manat işçinin B müəssisəsində xalis gəliri

Göründüyü kimi işçi hər iki müəssisədə yarımştat olaraq çalışır və  B müəssisəsində olan yarımştat üçün vəzifə maaşı minimum əmək haqqıdan az (məsələn, 100 manat) ola bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275