SOSİUM

Azərbaycanın həyat səviyyəsi reytinqi aşağı düşdü
26 OKTYABR 2016
1102

Azərbaycanın həyat səviyyəsi reytinqi aşağı düşdü

2016-10-26 12:21:00

Amerikanın “Social Progress İmperative” təşkilatı dünya ölkələrində həyat səviyyəsini göstərən yeni reytinq siyahısı tərtib edib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az təşkilatın saytına istinadən xəbər verir ki, “Social Progress İndex 2016”ya əsasən Azərbaycan həyat səviyyəsinə görə 77-ci pillədədir. Azərbaycan təhsil, səhiyyə, insan haqları, tolerantlıq və s. kriteriyalar üzrə ümumilikdə 63,75 bal toplayıb.

Qonşu dövlətlərdən Türkiyə 58-ci (67,82 bal), Rusiya 75-ci (64,19 bal), Gürcüstan 54-cü (69,17 bal) və İran 93-cü (59,45 bal) qərarlaşıb.

Qeyd edək ki, təşkilatın keçən ilki reytinqində Azərbaycan 76-cı pillədə (62,62 bal) qərarlaşmışdı. 

Sosial inkişaf göstəricilərinə görə reytinqə Finlandiya (90 bal), Kanada (89,49 bal) və Danimarka (89,39 bal) başçılıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272