SOSİUM

Rövnəq Abdullayev qaz problemindən danışdı – VİDEO
18 OKTYABR
390

Rövnəq Abdullayev qaz problemindən danışdı – VİDEO

2016-10-18 12:44:00

Havaların soyuq keçməsi ilə əlaqədar olaraq “Azəriqaz” İstehsalah Birliyi qış rejiminə keçidi tezləşdirəcək. Fins.az xəbər verir ki, bu barədə jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib. Bildirib ki, bu il qış rejiminə keçid noyabrın 1 5-dən deyil 1-dən həyata keçirəcək. “Təzyiqləri qış rejiminə keçirməyə ehtiyac yaranıb. Biz “Azəriqaz”da bütün yerlərdə 15 gün qabaq qış rejiminə keçid məsələlərinə baxdıq. Belə qərara aldıq ki, qazın təzyiqini artıraq. Artıq sistem bir neçə günə qış rejimi nə hazır olacaq”.

SOCAR prezidenti vətəndaşların qazdan səmərəsiz istifadə etmələrindən də danışıb: “Bir neçə gündən sonra havalar isinəcək. Bizdə qız rejiminə keçəndə sobalar yanır, ancaq isti olanda pəncərəni açıqlar, qazı azaltmırlar. İnsanlarda belə bir psixologiya var ki, soba yandısa sonradan hava isinəndə söndürülmür”.

R.Abdullayev anbarlardak qaz ehtiyatlarının ötən ildən də artıq olduğunu bildirib. Əlavə edib ki, əhalinin qazıa təminatında problemimiz olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270