SOSİUM

Gömrük Akademiyası “Rentgen (X-Ray) sistemi” təlimi təşkil edir
04 OKTYABR
31

Gömrük Akademiyası “Rentgen (X-Ray) sistemi” təlimi təşkil edir

2016-10-04 10:25:00

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ölkəmizdə ilk dəfə “HI-SCAN Hitrax II baxış-rentgen sistemlərinin istifadəsi” üzrə təlim təşkil edir. Akademiyadan verilən məlumata görə, 10–15 oktyabr tarixlərində Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində keçiriləcək ödənişli təlimin əsas məqsədi, beynəlxalq təcrübədə geniş istifadə olunan baxış-rentgen sistemlərinin istifadəsi üzrə ölkəmizdə peşəkar mütəxəssislər hazırlamaq, həmçinin bu sahədə fəaliyyət göstərən müəssisə və təşkilatların mövcud operatorlarının bilik və bacarıqlarını daha da artırmaqdır.
Müasir metodlara uyğun olaraq kiçik qruplarla (maksimum 6-8 nəfər), auditoriya daxili eləcə də auditoriyadan kənar keçiriləcək təlimlərdə “SMITH HEIMANN” şirkətinin beynəlxalq dərəcəli təlimçiləri təlim iştirakçılarını baxış-rentgen texnikasının əsas xüsusiyyətləri, iş prinsipləri və onlardan istifadə qaydaları ilə tanış edəcəklər.
Akademiya müvafiq sahədə ali təhsilə malik (texniki ixtisaslara üstünlük veriləcək), kompüter bacarıqları ən azı istifadəçi səviyyəsində olan, ingilis və ya rus dilini orta səviyyədə bilənləri təlimdə iştirak etməyə dəvət edir. Təlimdə iştirak etmək üçün CV-ləri anar.memmedov@customs.gov.az e–poçt ünvanına oktyabrın 7-nə qədər göndərə bilərsiniz. Təlim iştirakçıları şifahi müsahibə nəticəsində seçiləcək.
Təlimin sonunda kursu uğurla bitirən iştirakçılar “SMITH DETECTION” şirkətinin sertifikatı ilə təltif olunacaqlar.

Əlavə məlumat üçün:
Anar Məmmədov
Dövlət Gömrük Komitəsi, baş inspektor
Tel: (012) 4042200, daxili 0462
Mob: 050 6440601

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270